Ukrayna 95 əsiri Rusiyadan geri qaytardı -FOTO
11 iyun 2023 20:20 (UTC +04:00)

Ukrayna 95 əsiri Rusiyadan geri qaytardı-FOTO

0

İyunun 11-də Ukrayna Rusiya ilə əsir mübadiləsi çərçivəsində 93 əsgər və 2 zabiti vətənə qaytarıb.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak “Telegram”da bildirib.

"Əsirlərin dəyişdirilməsi. 95 insanımızı vətənə qaytarırıq. Siyahıya Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın, eləcə də Sərhəd xidmətinin əsgərləri daxildir. Onların arasında 93 əsgər və çavuş və iki zabit var”, - Yermak yazıb.
 

Öz növbəsində Rusiya MN 94 hərbçinin Ukrayna əsirliyindən qaytarıldığını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2693

Oxşar yazılar