Turist məşhur fəvvarəni zədələdi
06 sentyabr 2023 02:41 (UTC +04:00)

Turist məşhur fəvvarəni zədələdi

0

Almaniyalı turist İtaliyanın Florensiya şəhərinin ən məşhur simvollarından sayılan Neptun fəvvarəsinə maddi ziyan vurub.

Lent.az xəbər verir ki, 22 yaşlı gənc şəkil çəkdirmək üçün 500 illik fəvvarənin üzərindən atlayıb. Nəticədə tarixi abidənin bəzi hissələrindəki mərmər parçaları qırılıb. Fəvvarəyə dəyən ziyan 5000 avro dəyərində qiymətləndirilir.

Təhlükəsizlik qüvvələri videogörüntülər əsasında turistin kimliyini müəyyən edib və o, saxlanılıb. Gənci böyük məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, XVI əsrdə inşa edilən səkkizbucaqlı möhtəşəm fəvvarə 2018-ci ildə əsaslı şəkildə bərpa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2719

Oxşar yazılar