Tabuta qoyulan meyit nəfəs almağa başladı - ŞOK VİDEO
13 iyun 2023 14:29 (UTC +04:00)

Tabuta qoyulan meyit nəfəs almağa başladı - ŞOK VİDEO

0

Ekvadorda öldüyü zənn edilərək tabuta qoyulan qadın dirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ölkənin Los Rios əyalətində öldüyü düşünülən 76 yaşlı Bella Montoya tabutda nəfəs aldığı halda aşkarlanıb. Bu hal Montoyanın geyimini dəyişmək üçün tabut açılarkən üzə çıxıb.

Onun oğlunun sözlərinə görə, səhər həkimlər anasına qəlb masajı etsələr də, qadının infarkt keçirərək öldüyünü deyiblər. Tabutda nəfəs aldığı və sonradan gözünü açdığı üçün yaşlı qadın xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2696

Oxşar yazılar