SEPAH terrorçusunu öldürən  gənc edam olunacaq 
25 iyun 2023 11:49 (UTC +04:00)

SEPAH terrorçusunu öldürən gənc edam olunacaq 

0

SEPAH terrorçusunu öldürməkdə günahlandırılan gənc edam olunacaq. 

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, 2022-cil noyabr etirazlarında SEPAH Kəşfiyyat Təşkilatının üzvü Əli Nəzərini qətlə yetirməkdə təqsirləndirilən 20 yaşlı Milad Zöhrəvəndi barəsində edam hökmü çıxarılıb.

Bu barədə IRNA Həmədan şəhərinin baş hakiminə istinadən məlumat yayıb.

Bildirilib ki, Həmədan məhkəmə sisteminin çıxardığı cəza təsdiq olunmaq üçün Ali Məhkəməyə göndərilib.

Qeyd edək ki, İran məhkəmə sistemi indiyədək 7 etirazçını edam edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1752

Oxşar yazılar