Bakıda evdən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
78 yaşlı Məmmədov Həbib Əli oğlunun meyiti kirayə yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.