Azərbaycanlı qanunsuz miqrasiyaya görə həbs olundu - Özünə "Stop" qoyulmuşdu
17 fevral 2026 09:29 (UTC +04:00)

Azərbaycanlı qanunsuz miqrasiyaya görə həbs olundu - Özünə "Stop" qoyulmuşdu

0

Rusiyanın Omsk vilayətində 40 yaşlı azərbaycanlı Emil Yusublu qanunsuz miqrasiyanın təşkilinə görə həbs edilib. Bu qərarı İsılköl Şəhər Məhkəməsi qəbul edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 2024-cü ilin dekabrında o, əlbir olduğu şəxslərlə birlikdə Azərbaycandan və Özbəkistandan olan dörd qanunsuz miqrantın Rusiyaya daxil olmasını təşkil edib. Bunun müqabilində 100 min rubl pul alıb. Qayda pozucular Qazaxıstanla sərhəddə Omsk vilayəti üzrə Rusiya FTX Sərhəd İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Məlumata görə, 2022-ci ilin oktyabrında Emil Yusubluya beş il müddətinə Rusiyaya giriş qadağan edilib. O, bu qadağanı da pozub.

“2023-cü ilin dekabrında kişi buraxılış məntəqələrindən yan keçərək Rusiya–Qazaxıstan sərhədini qanunsuz şəkildə keçib və Moskvaya gedib. Bundan əlavə, istintaqla müəyyən edilməmiş şəxslərlə əlbir olaraq, 100 min rubl məbləğində pul qarşılığında Moskvadan icarəyə götürülmüş avtomobillə üç Azərbaycan vətəndaşı və bir Özbəkistan vətəndaşı olan dörd qanunsuz miqrantı qarşılamağa yollanıb”.

Azərbaycanlı şəxs özünü təqsirli bilməyib. O, ümumi rejimli cəzaçəkmə müəssisəsində 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm hələ qanuni qüvvəyə minməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar