Türkiyədə futbol klubu müsadirə olundu:  qanunsuz mərc oyunlarına görə
17 fevral 2026 09:46 (UTC +04:00)

Türkiyədə futbol klubu müsadirə olundu: qanunsuz mərc oyunlarına görə

0

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyatlar davam edir.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu dəfə İstanbul, Hatay, İzmir, Diyarbəkir və Ankarada eyni vaxtda əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı “Diyarbəkirspor” futbol klubunun keçmiş sahibi və menecerlərinin mərc oyunu saytı olduğu, həmçinin qazanılan pulları digər klublar vasitəsilə leqallaşdırdıqları məlum olub.

Nəticədə 8 nəfər saxlanılıb. “Diyarbəkirspor” futbol klubu, 3 şirkət, 6 avtomobil, 3 motosiklet, 7 mənzil, 6 torpaq sahəsi və 1 iş yeri müsadirə olunub.

Şübhəlilər dindirilmə üçün polis şöbəsinə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar