Göygöldə məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ  - YENİLƏNİB
17 fevral 2026 10:10 (UTC +04:00)

Göygöldə məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ - YENİLƏNİB

0

Fevralın 16-da saat 13 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a Göygöl Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, zərərçəkənlərə digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.

***
09:08

Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbində qeydə alınıb.

Ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss ediblər.

Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.

İlkin iddialara görə, şagirdlər məktəbdə yedikəri qidadan zəhərləniblər.

Məktəbdən APA-ya verilən xəbərə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 514

Oxşar yazılar