Niyə hər gün süd  içmək olmaz? - ZƏRƏRLƏRİ
02 may 2026 13:16 (UTC +04:00)

Niyə hər gün süd içmək olmaz? - ZƏRƏRLƏRİ

0

Mütəxəssislərin fikrincə, süd yalnız ciddi şəkildə məhdud miqdarda qəbul edildikdə faydalı məhsul hesab oluna bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, süd faydalı və qidalandırıcı məhsul kimi tanınsa da, həkimlərin sözlər görə, böyüklər üçün onun həddindən artıq qəbulu zərərli ola bilər.

Buna görə də ekspertlər hər gün süd içməyi və ya bu məhsulu çox miqdarda qəbul etməyi tövsiyə etmirlər.

Həkimin sözlərinə görə, süd balanslı qidalanmanın vacib hissəsi olaraq orqanizmi zülallar, yağlar, minerallar və vitaminlər kimi mühüm qida maddələri ilə təmin edə bilər. O, həmçinin sümüklərin inkişafına və möhkəmlənməsinə kömək edir. Lakin südün həddindən artıq istifadəsi sağlamlıq üçün zərərlidir.

Ekspertlər qeyd edir ki, südün tərkibində olan D-qalaktoza maddəsinin çoxluğu orqanizmdə oksidləşdirici stress yarada və xroniki iltihaba, eləcə də müxtəlif xəstəliklərə səbəb ola bilər.

Araşdırmalar həmçinin süd istehlakı ilə osteoporoz, sınıqlar və ölüm halları arasında müəyyən əlaqə olduğunu göstərib. Südün çox miqdarda qəbulu bu problemlərin yaranma riskini artıra bilər.

Bundan əlavə, süd və digər ağartı məhsullarında laktoza mövcuddur. Bir çox insanda laktoza dözümsüzlüyü müşahidə olunur. Həmçinin, yaş artdıqca bir çox insanın təmiz südü həzm etmək üçün lazım olan ferment aktivliyi azalır. Bu isə süd qəbulundan sonra mədə pozğunluğu, ağrı və ürəkbulanma kimi hallara səbəb ola bilər.

Buna görə də düzgün qidalanmaya keçid zamanı kiçik addımlarla başlamaq tövsiyə olunur: menyunu planlaşdırmaq, porsiyaları tədricən azaltmaq və zərərli məhsulları daha faydalı alternativlərlə əvəz etmək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 134

Oxşar yazılar