Bakının Suraxanı rayonu, aeroport şosesində yol qəzası olub.
Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən xəbər verilib.
Hava limanı istiqamətində baş verən qəza səbəbindən hər iki hərəkət hissəsində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.