Xiaomi 2026-cı ilin ən ucuz smartfonunu  təqdim etdi
01 may 2026 17:29 (UTC +04:00)

Xiaomi 2026-cı ilin ən ucuz smartfonunu təqdim etdi

0

Xiaomi qlobal bazarda xalq brendi kimi tanınan Poco vasitəsilə yeni ultra-büdcə smartfonunu təqdim edib. Poco C81 Pro modeli böyük ekranı, güclü batareyası və münasib qiyməti ilə seçilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, cihaz 6.9 düymlük IPS ekranla təchiz olunub. Displey HD+ icazəyə malikdir və 120 Hz yenilənmə tezliyi təqdim edir.

Parlaqlıq səviyyəsi 650 nitdir. İstehsalçı bildirir ki, ekranı yaş və ya yağlı əllərlə də istifadə etmək mümkündür. Smartfon Unisoc T7250 prosessoru ilə işləyir. Əsas versiyada 4 GB RAM və 64 GB yaddaş təqdim olunur. Digər versiyalarda yaddaş 128 GB və 256 GB-a qədər artır. Həmçinin microSD kart vasitəsilə yaddaşı 1 TB-a qədər genişləndirmək mümkündür.

Batareya 6000 mAh tutuma malikdir və 15W şarj dəstəkləyir. Tam enerji ilə 19 saat video izləmək, 79 saat musiqi dinləmək və 46 saatdan çox danışıq etmək mümkündür.

Əsas kamera 13 MP, ön kamera isə 8 MP-dir. Video çəkilişi 1080p keyfiyyətdə və 30 FPS ilə mümkündür.

Smartfonda yan tərəfdə barmaq izi skaneri, 3.5 mm qulaqcıq girişi, iki SIM kart dəstəyi, Bluetooth 5.2, iki diapazonlu Wi-Fi və NFC mövcuddur. Cihaz Android 15 əməliyyat sistemi və HyperOS 3 interfeysi ilə işləyir.

Model qara, yaşıl və qızılı rənglərdə təqdim olunur. Qiyməti 4 GB + 64 GB versiyası üçün 100 dollar, 4 GB + 128 GB versiyası üçün 110 dollar, 4 GB + 256 GB versiyası üçün isə 130 dollardan başlayır.

Beləliklə, Poco C81 Pro münasib qiymətə geniş imkanlar təqdim edən smartfon kimi diqqət çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar