Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a bildirilib ki, hadisə “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.
Ümumi çəkisi 55 kiloqram 574 qram narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-da saat 14:45-də isə 32 kiloqram 274 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.