Azərbaycanlıların saxlanılmasına   etiraz edib divarları yazdı, HƏBS OLUNDU
01 may 2026 10:51 (UTC +04:00)

Azərbaycanlıların saxlanılmasına etiraz edib divarları yazdı, HƏBS OLUNDU

0

Rusiyanın Yekaterinburq şəhərinin Kirov rayon məhkəməsində 22 yaşlı Danil Nurıyev barəsində aparılan cinayət işi üzrə növbəti iclasda onun başqa bir cinayət işi üzrə də həbs olunduğu məlum olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, təqsirləndirilən şəxs aprelin 9-dan etibarən Çelyabinsk şəhərində yerləşən təcridxanada saxlanılır. Onun hansı səbəbdən həbs edildiyi isə hələlik məlum deyil.

Yekaterinburq şəhərində Danil Nurıyevə qarşı Rusiya Cinayət Məcəlləsinin 280-ci maddəsinin 1-ci hissəsi (ekstremist fəaliyyətə açıq çağırışlar), 214-cü maddəsinin 2-ci hissəsi (vandalizm) və 213-cü maddəsinin 2-ci hissəsi (xuliqanlıq) üzrə ittihamlar irəli sürülüb.

İstintaqın versiyasına görə, 2025-ci il iyulun 1-də Telegram kanallarından birinin sahibi Nurıyevlə əlaqə saxlayaraq ona pul müqabilində Yekaterinburqdakı binaların divarlarına Azərbaycan dilində qrafiti yazmaq tapşırığı verib. Məlumata görə, Nurıyev divara təhqir yazıb, lakin onların səhvlərlə yazıldığı və mənanın təhrif olunduğu bildirilir.

Qrafitilər Yekaterinburqda Azərbaycan əsilli şəxslərin kütləvi saxlanılmasına etiraz olaraq çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar