ABŞ MN: Ukraynaya hərbi yardımı  Avropa maliyyələşdirməlidir
30 aprel 2026 22:51 (UTC +04:00)

ABŞ MN: Ukraynaya hərbi yardımı Avropa maliyyələşdirməlidir

0

Ukraynaya hərbi yardımın əsas maliyyə yükü Avropa ölkələrinin üzərinə düşməlidir.

Lent.az xəbər verir ki, bunu ABŞ müharibə naziri Pit Heqset Senatın silahlı qüvvələr komitəsində keçirilən dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyasının strategiyası Avropanın daha aktiv rol oynamasına yönəlib:

“Biz istəyirik ki, Avropa məsuliyyəti üzərinə götürsün, maliyyələşdirsin və bu yükü paylaşsın. Onlar güclü iqtisadiyyata malikdirlər və bunu edə bilərlər”.

Heqset senatorun “ABŞ Ukraynanı tək buraxırmı?” sualına cavabında bildirib ki, Vaşinqton geri çəkilmir, sadəcə rol bölgüsü dəyişir.

O qeyd edib ki, Avropa ölkələri artıq PURL proqramı və digər mexanizmlər vasitəsilə maliyyə iştirakını artırır.

Nazir əlavə edib ki, ABŞ ictimaiyyəti də digər müttəfiqlərin daha çox məsuliyyət götürməsini istəyir.

Bununla yanaşı, Heqset Tramp administrasiyasının münaqişənin diplomatik yolla həllini dəstəklədiyini və danışıqların davam etdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar