Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat
01 may 2026 16:55 (UTC +04:00)

Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat

0

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinat olub.

AMB-dən Lent.az-a verilən məlumata görə, Sadiq Fərhad oğlu Axundov mayın 1-dən etibarən baş direktor təyin edilib.

Bununla da AMB-nin baş direktorlarının sayı 10-a çatıb.

Qeyd edək ki, Sadiq Axundov əmək fəaliyyətinə 2009-cu ildən “Azəriqazbank”da müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləyib. 2017-2019-cu illərdə “Amrahbank”ın Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi, 2019-2024-cü illərdə “ZiraatBank Azərbaycan”nın İnformasiya texnologiyaları departamentinin direktoru olub. 2024-cü ildən Mərkəzi Bankda Sədrin ofisi departamentinə məsləhətçi təyin edilib. Yeni vəzifəsinə qədər AMB-nin İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru olaraq çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar