Belə hadisə Azərbaycanda yəqin gülüş obyekti olar. Amma heyvanlara həbs verən ölkələr də mövcuddur.
Lent.az xəbər verir ki, Sudanda 12 yaşlı uşağı öldürmüş inək həbs edilərək sahibi ilə birgə polis idarəsində saxlanılır.
Polisdəki mənbə bildirib ki, məhkəmə ekspertizası inəyin uşağı öldürdüyünü təsdiq edib. Buna görə də məsuliyyətə cəlb ediləcək.
Bu, Sudan məhkəmə sistemində ilk hal deyil. Ötən il məhkəmə yaşlı qadını öldürən qoça 3 il həbs cəzası verib. Qoçun sahibi isə mərhumun ailəsinə 5 inək bağışlamalıdır.