Yaponiyada poliqonda baş verən atışmada 2 hərbçi ölüb, 1 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə NHK kanalı məlumat yayıb.
Hadisəyə görə 18 yaşlı hərbçi saxlanılıb.
***
06.37
Yaponiya özünümüdafiə qüvvələrinə məxsus hərbi hissədə baş verən atışmada bir neçə hərbçi yaralanıb.
Lent.az NHK kanalına istinadla xəbər verir ki, hadisə quru qoşunlarının Gifu şəhərindəki poliqonunda baş verib.
Atışmanın təfərrüatları barədə hələlik məlumat yoxdur. Mülki şəxslərdən xəsarət alan olmayıb. Araşdırma aparılır.