PAZ avtobusu qəza törətdi,  11 nəfər...
07 may 2023 23:05 (UTC +04:00)

PAZ avtobusu qəza törətdi, 11 nəfər...

0

Rusiyanın Voronej şəhərində avtobus yük maşını ilə toqquşub.

Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə nəticəsində azı 11 nəfər xəsarət alıb, onlardan 5-nin vəziyyəti ağırdır.

Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, qəza yerli vaxtla saat 19:15 radələrində şəhərin 9 Yanvar küçəsində baş verib. 

Semilukski rayon sakini PAZ avtobusunda idarəetməni itirərək yolda dayanmış DAF markalı yük avtomobilinə çırpılıb. 

Hadisənin baş vermə səbəbləri və şəraiti müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1961

Oxşar yazılar