Ömürlük həbs cəzası çəkən qatil Amerika həbsxanasından qaçmağın orijinal yolunu tapıb.
Müşahidə kameraları 34 yaşlı Danelo Kavalkantenin əllərini bir divara, ayaqlarını isə əks tərəfə qoyaraq tədricən damın üstünə çıxdığını qeyd edib.
Lent.az-ın xəbərinə görə, Pensilvaniya ştatının polisi əmindir ki, məhbus bu cür cəsarətli qaçışı həyata keçirmək üçün uzun müddət təlim keçib.
İndi Kavalkante bütün ABŞ ərazisində axtarışa verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun ABŞ-ın cənubuna qaçdığını güman edirlər. Dustaq altı gündür tapılmır.