Mərakeşdə zəlzələdə ölənlərin sayı 2000-i keçdi - YENİLƏNİB
10 sentyabr 2023 01:59 (UTC +04:00)

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2000-i keçdi - YENİLƏNİB

0

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2012 nəfərə çatıb, 2059 yaralı var.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir. Ölü sayının artacağı ehtimal edilir.

***

23.13

Mərakeşdə zəlzələdə ölənləri sayı 1 305 nəfərə çatıb, 1800-dən çox yaralı var.

Lent.az xəbər verir ki, bu barədə Mərakeş Krallığının televiziyası məlumat yayıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.
 

***

17.10

Mərakeşdə zəlzələdə ölənləri sayı 1000-i keçib, 1200-dən çox yaralı var.

Lent.az xəbər verir ki, yerli media zəlzələdə 1037 nəfərin həyatını itirdiyi, 1204 nəfərin yaralandığı barədə məlumat yayıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

***
Saat: 14:34

Mərakeşdə dağıdıcı zəlzələ qurbanlarının sayı artıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, son statistikaya əsasən, ölənlərin sayı 820 nəfərə çatıb.

Həmçinin, 672 yaralı var.

***
Saat: 11:37

Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb.

Lent.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Zəlzələ nəticəsində 329 nəfər xəsarət alıb.

***
Saat: 06:41

Mərakeşdə baş verən güclü zəlzələdə ölənlərin sayı artıb.

Lent.az "Goud" nəşrinə istinadən xəbər verir ki, indiyədək 296 nəfərin öldüyü bildirilib.

Təbii fəlakət nəticəsində 153 nəfərin xəsarət aldığı da bildirilir.

Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə, onların hamısı xəstəxanaya yerləşdirilib.

***

Saat 06:41

Mərakeşdə baş verən güclü zəlzələdə ölənlərin sayı 100 nəfəri ötüb.

Lent.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

***

Saat 05:50

Mərakeşdə baş verən zəlzələ nəticəsində 93 nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Əl-Hövz bölgəsində 73 nəfər dağıntılar altında qalaraq dünyasını dəyişib.

***

Saat 03:02

Mərakeşdə 7 maqnitudadlı zəlzələ olub.

Lent.az xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Zəlzələ ocağı yerin 6,21 kilometr dərinliyində olub.

Dağıntı barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 12429

Oxşar yazılar