Tıva Respublikasının Qızıl şəhərində kütləvi zəhərlənmə baş verib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə 18 saylı məktəbin iaşə məntəqəsində qeydə alınıb. Zəhərlənmə səbəbilə həmin məntəqə bağlanıb.
Məlumata görə, məktəbdən tibbi yardım üçün müraciət edənlərin sayı 16 nəfərə çatıb. Onların arasında məktəb işçiləri və valideynlər də var.
Hazırda araşdırma aparılır.