Ukrayna Ali Radası Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən azad edilməsi məsələsinə sentyabrın 5-də baxacaq, Rustem Umerovun namizədliyinə baxılması isə sentyabrın 6-na təyin edilib.
Lent.az “unian”a istinadla bildirir ki, sentyabrın 5-də parlament Umerovu Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsindən azad etməlidir.
Onlar bildiriblər ki, Reznikovun vəzifəsindən azad edilməsindən sonra parlament Umerovun yeni müdafiə naziri təyin edilməsi ilə bağlı prezidentə təklif təqdim etməlidir. Bundan sonra Milli Təhlükəsizlik və Müdafiə Komitəsi sənədlərə baxaraq, təyinatla bağlı qərar layihəsi hazırlayacaq.
Məlumdur ki, Umerov sentyabrın 5-də “Xalqın qulluqçusu” fraksiyasının iclasına qatılacaq və orada xalq deputatlarının suallarını cavablandıracaq. Sentyabrın 6-da Rada onun nazir postuna təsdiqi məsələsinə baxmağı planlaşdırır.
Qeyd edək ki, bu gün Ukraynanın müdafiə naziri Oleksiy Reznikov istefa ərizəsini Şuraya təqdim edib. O əlavə edib ki, gördüyü işlər barədə hesabat verməyə hazırdır. Daha sonra Ali Radanın Müdafiə Komitəsi Aleksey Reznikovun Ukraynanın müdafiə naziri vəzifəsindən istefasını dəstəkləyib.
Öz növbəsində, Aleksey Reznikovun yerinə yeni müdafiə naziri təyin olunmalı olan Rustem Umerov Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsindən azad edilməsi ilə bağlı ərizə verib.
Xatırladaq ki, Rustem Umerov milliyətcə Krım tatarıdır.