Kobra qadını saatlarla dua etməyə məcbur etdi
06 sentyabr 2023 01:15 (UTC +04:00)

Kobra qadını saatlarla dua etməyə məcbur etdi

0


Hindistanda kobra yatmış qadının ayağına sarılıb və  ilantutan gələnədək onu bir neçə saat dua etməyə məcbur edib.

Lent.az xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

Mitleş Yadav adlı qadın yuxudan oyanarkən  zəhərli bir ilanın onun ayağına sarıldığını görüb. Qadın soyuqqanlılığını qoruyub saxlaya bilib və sürünənin ona zərər vermədən sürünərək getməsi üçün dua etməyə başlayıb.  
Lakin bir müddət sonra kobra özü çəkilərək evdən gedib. Polisin çağırışı ilə əraziyə gələn ilantutan kobranı uzaq meşəyə buraxıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 22213

Oxşar yazılar