***
Saat 04:29
Kiyevdə və Ukraynanın bir çox bölgələrində hava hücumundan xəbərdarlıq elan olunub.
Lent.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Qeyd olunub ki, Kiyev vilayətinin sakinlərinə raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
"Şəhərdə silsilə partlayışlar baş verib. Hava hücumundan müdafiə vasitələri işləyir. Sığınacaqlarda olun!" - deyə o, "Telegram"da yazıb.
Eyni zamanda, Kiyevin Desnyanski rayonunda şəhər poliklinikalarından birinə ziyan dəyib.
Onun sözlərinə görə, Dneprovskidə dağıntılar olub.
"İlkin məlumata görə, bir nəfər ölüb, daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - deyə bildirilib.