İstanbulda sel 2 nəfərin ölümünə səbəb oldu-YENİLƏNİB -VİDEO
06 sentyabr 2023 07:53 (UTC +04:00)

İstanbulda sel 2 nəfərin ölümünə səbəb oldu-YENİLƏNİB-VİDEO

0

İstanbulda baş verən sel nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib. 
Lent.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. 
 

***

02.13

İstanbula yağan güclü leysan nəticəsində Başakşehir və Küçükçekmecedə 2 nəfər sel sularında həyatını itirib.

Lent.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, şəhərin şimal hissəsində başlayan leysan Arnavutköy və Başakşehirdə daha şiddətli olub. Yağan leysan səbəbindən yollarda gölməçələr əmələ gəlib, nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb.

İstanbul Valiliyi Başakşehir və Küçükçekmecedə şiddətli yağışdan sonra 2 nəfərin öldüyünü, 5 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib.

***

23.48

Güclü leysan İstanbulun bəzi rayonlarında çətinliklər yaradıb.

Lent.az xəbər verir ki,  Arnavutköy və Başakşehirdə sel səbəbindən avtomobillər yolda qalıb.

Şəhərdə metronun hərəkətində məhdudiyyətlər yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4551

Oxşar yazılar