İşə rahat getmək üçün Böyük Çin Səddinin bir hissəsini dağıtdılar
04 sentyabr 2023 19:12 (UTC +04:00)

İşə rahat getmək üçün Böyük Çin Səddinin bir hissəsini dağıtdılar

0

Böyük Çin Səddinin bir hissəsini ekskavatorla dağıdan kişi və qadın saxlanılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, avqustun 24-də Şoçjou şəhərində (Şansi əyaləti) Yuyu County Polis İdarəsinə səddin divarında boşluq tapıldığı barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis çuxurun ekskavatorun köməyi ilə qazıldığını müəyyən edib.

Sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ekskavatorun özünü, eləcə də şübhəli şəxsləri - 38 yaşlı Zheng adlı kişini və 55 yaşlı Vanq adlı qadını qonşu Helinger dairəsində (Daxili Monqolustan Muxtar Vilayəti) tapıblar.

Dindirilmə zamanı saxlanılan şəxslər Böyük Çin Səddi yaxınlığında tikintidə işlədiklərini və iş yerinə gedən yolu qısaltmaq üçün oradan keçid etmək qərarına gəldiklərini bildiriblər.

Min sülaləsi (1368-1644) dövründə tikilmiş divarın dağılmış hissəsi əyalət səviyyəli mədəniyyət abidəsidir. Cütlüyün hərəkətləri səddə bərpaolunmaz ziyan vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4543

Oxşar yazılar