İranda SEPAH üzvü öldürüldü
13 iyun 2023 22:25 (UTC +04:00)

İranda SEPAH üzvü öldürüldü

0

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü İran Kürdüstanında baş verən qarşıdurmada öldürülüb.

Lent.az xəbər verir ki, bu barədə Amerikanın Səsi radiosunun fars xidməti məlumat yayıb.

Məlumata görə, Kürdistanda SEPAH-la “PJAK” arasında toqquşma zamanı bir SEPAH üzvü öldürülüb.

Bildirilib ki, toqquşma İran İslam İnqilabı Keşikçiləri Korpusunun artilleriya və pilotsuz təyyarələrinin Sərvabad şəhəri yaxınlığındakı Kusalan dağına hücumlarından sonra baş verib.

Rəsmi Tehran məsələyə münasibət bildirməyib.

Bundan əvvəl bəzi xəbər mənbələri İranın Kürdüstan vilayətinin sərhəd bölgələrinə qoşun və ağır hərbi silahların yerləşdirilməsi barədə məlumat vermişdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2915

Oxşar yazılar