İranda polisə hücum - ölən var
11 iyun 2023 20:46 (UTC +04:00)

İranda polisə hücum - ölən var

0

İranın Xuzistan əyalətindəki İza şəhərində naməlum şəxs polis əməkdaşlarına atəş açıb.

Lent.az-ın məlumatına görə, bu barədə bazar günü Gənc Jurnalistlər Klubu Agentliyi məlumat yayıb.

Hadisə nəticəsində polis əməkdaşlarından biri ağır güllə yaraları alıb və xəstəxanada ölüb.

Naməlum şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına şəxsi avtomobilindən atəş açıb. Hücumun motivləri barədə məlumat verilmir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1777

Oxşar yazılar