Almaniyanın Brandenburq əyalətində döyüş sursatlarının saxlandığı hərbi poliqonda 3 gündür meşələr yanır.
Lent.az-ın xəbərinə görə, bu barədə ZDF məlumat yayıb.
Hazırda 35 hektar meşə sahəsin yanıb və küləyin güclənməsi vəziyyəti çətinləşdirib.
“Fövqəladə hallar xidmətləri çərşənbə günündən etibarən sursatların yerləşdiyi ərazidə meşə yanğınını söndürür”, - məlumatda bildirilib.
Telekanalın məlumatına görə, yanğının söndürülməsinə 25 yanğınsöndürən avtomobil cəlb olunub.