Gürcüstanda  dövlət çevrilişinə hazırlıq   XƏBƏRDARLIĞI
18 sentyabr 2023 16:44 (UTC +04:00)

Gürcüstanda dövlət çevrilişinə hazırlıq XƏBƏRDARLIĞI

0

Gürcüstanda dövlət çevrilişinə cəhd ola bilər. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Qeyd olunur ki, “sabitliyi pozmaq və hökuməti güc yolu ilə devirmək üçün iğtişaşlar hələ oktyabr-dekabr aylarında başlaya bilər”. Departament bildirir ki, məhz bu müddət ərzində Avropa Komissiyasının Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilməsi ilə bağlı qərarının ictimaiyyətə açıqlanması planlaşdırılır. İddialara görə, qərar mənfi olacaq və bu, “sosial iğtişaşlar və sonrakı iğtişaşlar üçün münbit zəmin yaradacaq”.

Təhlükəsizlik xidməti mesajda mümkün “sui-qəsdçilərin” adlarını da sadalayıb. Onların arasında Gürcüstanın keçmiş daxili işlər naziri Vano Merabişvili, onun keçmiş müavini Qiya Lordkipanidze, Gürcüstanın keçmis prezidenti Mixail Saakaşvilinin keçmiş təhlükəsizlik zabiti Mixail Baturin, həmçinin Mamuka Mamulaşvili də var. Bu şəxslərin müxtəlif ssenariləri, o cümlədən “çadır şəhərciyi yaratmaq, barrikadalar qurmaq və hökumət binalarını mühasirəyə almaq” imkanlarını nəzərdən keçirdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5190

Oxşar yazılar