Bu ölkədə rayon şurasının üzvü öldürüldü
09 sentyabr 2023 07:30 (UTC +04:00)

Bu ölkədə rayon şurasının üzvü öldürüldü

0

Naməlum şəxslər Ekvadorun Duran kantonunun rayon şurasının üzvünü qaçırıblar.

Lent.az xəbər verirki, bu barədə ölkənin Baş Prokurorluğu "X" sosial şəbəkəsində məlumat yayıb.

“Prokurorluq bu gün ölü tapılan Duran şurasının üzvü Bolivar V.P.-nin oğurlanması və ölümü ilə bağlı istintaqa başlayıb”, - deyə məlumatda bildirilir.

"El Universo" qəzetinin məlumatına görə, Bolivar Vera sentyabrın 7-də yoxa çıxıb. İlkin məlumatlara görə, cinayətkarlar ona azı 8 dəfə atəş açıblar.

Ekvadorda son illərdə cinayətlərin sayı kəskin artıb. Avqustun 10-da prezidentliyə namizəd Fernando Villavisensionun öldürülməsi ilə əlaqədar respublikada ümumi fövqəladə vəziyyət elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2360

Oxşar yazılar