Bu ölkədə qadınlar ev işlərinə görə 761 milyard itirirlər
05 sentyabr 2023 16:32 (UTC +04:00)

Bu ölkədə qadınlar ev işlərinə görə 761 milyard itirirlər

0

Bloombeg yazır ki, yapon qadınları pulsuz ev işləri üçün təxminən 111 trilyon yen və ya hazırkı məzənnə ilə 761 milyard dollar itirirlər. Bu məbləğ iqtisadiyyatı dünyada üçüncü olan Yaponiyanın ümumi daxili məhsulunun təxminən beşdə birinə uyğundur.

Lent.az xarici mediaya istinadla bildirir ki, Yaponiya hökumətinin statistikasına görə, ölkədə kişilər qadınların evdə gördükləri pulsuz işin 30%-dən azını yerinə yetirir. Orta hesabla bunu etməyə qadınlar gündə üç saat vaxt sərf edirlər. 

NLI Tədqiqat İnstitutunun baş elmi işçisi Naoko Kuqi hesab edir ki, ev təsərrüfatlarının maaşlarına icazə verilsəydi, cinslərin gəlirləri demək olar ki, bərabərləşərdi. Belə olsa, uşaq böyüdən 20-44 yaş arası qadınlar, nəzəri olaraq, eyni yaşda olan kişilərdən daha çox maaş alardılar. 45-59 yaş kateqoriyasında isə kişilər liderliklərini qoruyub saxlayacaqlar, çünki onların arasında daha çox menecer var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6175

Oxşar yazılar