Bu ölkədə fişəng atmaq qadağan edildi - SƏBƏB
12 sentyabr 2023 06:57 (UTC +04:00)

Bu ölkədə fişəng atmaq qadağan edildi - SƏBƏB

0

Hindistanın Yeni Dehli şəhərində qışda havanın keyfiyyətinin təhlükəli səviyyəyə çatacağı proqnozu ilə əlaqədar “Diwali” festivalı ərəfəsində fişəng atılmasına qadağa qoyulub.

Lent.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə paytaxtın ətraf mühit naziri bildirib.

Nazir Qopal Rai mətbuat konfransında "Dehlidə istənilən növ fişəngin istehsalı, saxlanması, satışı, onlayn çatdırılması və partladılması tamamilə qadağandır" deyib və əlavə edib ki, polisə atəşfəşanlıq üçün lisenziyaların verilməsini dayandırmaq tapşırılıb.

Qeyd edək ki, “Diwali” festivalında fişənglərdən istifadə adi haldır. Festivalın bu il noyabrın ortalarında keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3141

Oxşar yazılar