Amerikalı qadın çimərlik yaxınlığında köpək balığının hücumu zamanı bir ayağını itirib, lakin bir saat sonra həmin ərazidə suya dalmağa qayıdıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Florida sakini Addison Bethea hadisənin baş verdiyi Kinton Beach-i yaxşı tanıyırmış. O, qardaşı və dostları ilə birlikdə sahilə gedərək, dincəliblər. Suda üzərkən qəfil köpək balığı onun ayağını dişləyib. Xilasedicilər qayığa yaxınlaşıb heyvanı qorxudana qədər yırtıcı iki dəfə hücum edib.
Üç metr uzunluğunda dəniz sakini Betheaya ağır xəsarətlər yetirib. Həkimlər qızın ayağını xilas etməyə çalışsalar da, bu mümkün olmayıb.
Xoşagəlməz təcrübəyə və amputasiyaya baxmayaraq, amerikalı qadın bir saat sonra üzmək üçün Kinton Beach-ə qayıdıb. Zərərçəkənin sözlərinə görə, o, üzgüçülükdən əl çəkməyi planlaşdırmır.