Kanadada bu il meşə yanğınları 4,5 milyon hektar ərazini yandırıb.
Lent.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Britaniya Kolumbiyasından şərqdə Yeni Şotlandiyaya qədər ölkə üzrə 417 yerdə yanğınlar davam edir.
Yanğınlardan 218-i nəzarətdən çıxsa da, 108-i nəzarət altına alınıb.
Məlumata görə, bu il ölkədə 2 419 meşə yanğını baş verib, 4,5 milyon hektar ərazi külə dönüb.