12-ci əsrə aid kilsədə astronavt fiquru  hamını təəccübləndirdi
15 iyun 2023 15:36 (UTC +04:00)

12-ci əsrə aid kilsədə astronavt fiquru hamını təəccübləndirdi

0

Sosial şəbəkədə XII əsrə aid kilsənin divarlarındakı astronavt şəkli yayılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, İspaniyanın Salamanka şəhərindəki kafedral kilsənin divarında astronavtın fiquru həkk olunub. Uzun illərdir bir çox turist orta əsrlərdə müasir astronavtların necə göründüyünü necə bildikləri ilə maraqlanıblar. Son vaxtlar sosial media istifadəçiləri də bu müzakirəyə qoşulublar.

Bəzi şərhçilər bunun zamana səyahətin birbaşa sübutu olduğunu irəli sürüblər, digərləri hətta ekspertlərin gördükləri ilə bağlı heç bir izahat olmadığını qeyd ediblər. Lakin kafedral haqqında xəbərlər şəbəkədə yayılmağa başlayandan sonra sirr açılıb.

Məlum olub ki, kilsənin divarlarında olan astronavtı 1992-ci ildə usta Migel Romero əlavə edib. Adam bunu bərpa işləri zamanı edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2096

Oxşar yazılar