Kürdə suyun səviyyəsi artdı,  nasosların istismarı dayandırıldı
18 aprel 2026 15:12 (UTC +04:00)

Kürdə suyun səviyyəsi artdı, nasosların istismarı dayandırıldı

0

Son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan sugötürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti tərəfindən riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib:

"Bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib. Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır. Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər. Əlavə məlumatlar barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcəkdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 446

Oxşar yazılar