Türkiyədə iki şagirdi ildırım vuraraq öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Diyarbəkirin Erqani qəsəbəsində, məktəbin həyətində baş verib.
İldırım 14 yaşlı Qasım İldırım, 13 yaşlı Sərxan İldırım və M.Y.-nın altında dayandığı ağaca düşüb. Ağır yaralanan uşaqlar xəstəxanaya yerləşdirilib. Lakin Sərxan və Qasımı xilas etmək mümkün olmayıb.
Digər şagirdin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb.
