Hikmət Hacıyev  Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşdü
18 aprel 2026 12:35 (UTC +04:00)

Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşdü

0

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb.

Lent.az xəbər verir ki, Prezidentin köməkçisi bu barədə “X” hesabında bildirib.

“Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə 2026-cı il Antalya Diplomatiya Forumu çərçivəsində görüşməkdən məmnun oldum. Biz Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları ilə bağlı məhsuldar fikir mübadiləsi apardıq”, - Hikmət Hacıyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar