49 gün sonra İrana ilk təyyarə  uçdu
18 aprel 2026 15:22 (UTC +04:00)

49 gün sonra İrana ilk təyyarə uçdu

0

Müharibə başlayandan bəri İrana ilk təyyarə uçub.

Lent.az xarici mediaya istinadla bildirir ki, İslam Respublikasının hava məkanının qismən açılması və ölkədə, o cümlədən Tehranda altı hava limanının fəaliyyətinin bərpa olunmasından sonra ilk dəfə uçuş Omandan həyata keçirilib.

“Maskatdan İrana təyyarə yola düşüb”, – deyə mənbə bildirib. Lakin mənbə marşrut və uçuşun sərnişin reysi olub-olmaması barədə dəqiq məlumat verməyib. Mənbə əlavə edib ki, bu, İranın hava məkanının qismən açıldığının elanından sonra başqa ölkədən gələn ilk təyyarədir.

Bundan əvvəl İranda uçuşlara yalnız şərq istiqamətində icazə verilib, qərb hissə isə bağlı olaraq qalır. Həmçinin 25 aprelədək hər gün 11 saat ərzində ölkənin altı hava limanı, o cümlədən Tehrandakı iki hava limanı fəaliyyət göstərəcək. Məlumata görə, hava limanları hər gün 03:30-dan 14:30-dək işləyəcək.

Eyni zamanda qeyd olunub ki, qismən açılmış hava limanlarına uçuşlar üçün aviaşirkətlər İranın aviasiya orqanlarından yeni icazələr almalıdır. Daşıyıcılara verilmiş əvvəlki bütün icazələrin qüvvəsi dayandırılıb.

Xatırladaq ki, İran üzərində hava məkanı fevralın 28-də günün birinci yarısında ABŞ və İsrail hərbi əməliyyata başladıqdan sonra bağlanıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 471

Oxşar yazılar