"Ermənistanın işğalçılıq siyasəti sülh prosesini yubadır"
24 fevral 2016 16:58 (UTC +04:00)

"Ermənistanın işğalçılıq siyasəti sülh prosesini yubadır"

0

Fevralın 24-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşüb. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

 

Müxtəlif sahələrdə Azərbaycan-Serbiya əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu vurğulandığı görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 406

Oxşar yazılar