Prezident İlham Əliyev Estoniya prezidenti Toomas Hendrik İlvesə ölkənin Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim sülh və firavanlıq diləyirəm".