Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub
22 dekabr 2015 13:04 (UTC +04:00)

Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub

0

 

 

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.

APA-nın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin siyasi sahədə uğurla inkişaf etdiyi bildirilib, iqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb.

 

Söhbət zamanı həmçinin əlaqələrimizin möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub, ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar