Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub - <span style="color:red;">YENİLƏNİB
15 mart 2016 15:26 (UTC +04:00)

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

0

 

 

 

 

Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilib.

 

APA-nın məlumatına görə, daha sonra Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayıb.

 

Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının martın 15-də bakıda keçirilməsi nəzərdə tutulsa da, Ankarada törədilmiş terror aktına görə Ərdoğanın səfəri təxirə salınıb. Bundan sonra Azərbaycan prezidenti İlham Əliyev iclasın Ankarada keçirilməsi təşəbbüsü ilə çıxış edib.

13:57

Ankarada Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi qarşılayıb.

 

Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

 

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.

 

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçib.

 

Prezident İlham Əliyev əsgərləri salamlayıb.

 

Türkiyənin rəsmi şəxsləri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

 

Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.

 

 

 

 

 

 

 

****

 

Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri başlayıb.

 

 

 

***

 

 

 

11:34

 

 

 

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin proqramı açıqlanıb.

 

 

 

Lent.az Türkiyə prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bu saat Bakı vaxtı ilə saat 12:30-da Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi keçiriləcək.

 

 

 

Türkiyənin prezident sarayında keçiriləcək qarşılanma mərasimindən sonra iki president başbaşa görüşəcək.

 

 

 

Başbaşa görüşdən sonra bir sıra anlaşma sənədlərinin imzalanması və ardınca da iki prezidentin ortaq mətbuat konfransı baş tutacaq.

 

 

 

Günorta isə Azərbaycan prezidentinin şərəfinə rəsmi yemək veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar