Afşində yaxın zamanlarda Qarabağ parkının açılışı olacaq. Lent.az-ın məlumatına görə, millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın Afşin bələdiyyə başqanı Mehmet Fatih Güvenle görüşündə millət vəkili bələdiyyə başqanına bir neçə ay bundan əvvəl bununla bağlı təklifimizi dəstəkləyərək Qarabağ adının mərkəzdə yerləşən parka verdiyiniz üçün sizə və bələdiyyə üzvlərinə təşəkkürümüzü bildirik deyib. Millət vəkili Afşində Qarabağ adlı bir parkın olmasının önəmindən danışıb. Millət vəkili Q.Paşayeva Türkiyənin müxtəlif bölgələrində Qarabağ adını daşıyan park və abidələrin artmasının dosta da, düşmənə də bir mesaj olmaqla bərabər gənc nəsillərin ortaq tarix və həqiqətlərimizi dərindən bilməsi üçün də önəmli olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva bu addımın digər bir çox bələdiyyələr üçün də gözəl örnək olacağına inandığını deyib. Qarabağ problemi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də danışan millət vəkili bildirib ki, “inanıram ki, biz birlik və bərabərlik içində torpaqlarımızı Ermənistanın işğalından tezliklə azad edəcəyik və Dağlıq Qarabağda və bütün işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da tədbirlər, görüşlər keçirəcəyik. İnşallah bir gün işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda da Afşin adına bir parkın açılışında iştirak etməyi Allah bizə nəsib etsin” deyib. Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven Qarabağ problemi bizim də, Türkiyənin də problemidir və Afşində Qarabağ adını daşıyacaq parkı yüksək səviyyədə düzəltmək də bizim borcumuzdur deyib. O,inşallah yaxın zamanlarda işğal bitər, azərbaycanlı məcburi köçkün qardaşlarımız evlərinə dönər və orada da birlikdə tədbirlərdə iştirak edərik deyib və bu günə qədər olduğu kimi bundan sonra da Türkiyənin Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacağını bildirib. Azərbaycan ilə Türkiyə arasında,ölkələrimizin rəhbərləri arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin, Türkiyənin də daim Azərbaycanın yanında olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək,qədim Afşinin də artıq Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirdi. Azərbaycanı çox sevdiyini deyən Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib. O, Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu deyib və Afşin ilə Azərbaycan bögələrindən birini qardaşlaşdırmaq niyyətində olduqlarını xüsusi vurğulayıb və Qənirə Paşayevaya bu istiqamətdə dəstəyinə görə təşəkkürünü bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Afşin bələdiyyyə başkanına həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını, müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib.
SİYASƏT
- Ana səhifə
- SİYASƏT
Afşində Qarabağ parkı açılacaq
- “Tramp Marşrutu” Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yeni strateji bağlantı yaradacaq - Hikmət Hacıyev
- Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı YENİLƏNDİ
- İlham Əliyev və İtaliyanın baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Oxşar yazılar
XƏBƏR LENTİ
23:06“Avroviziya-2026”nın finalı başladı -VİDEO
22:30“Konami” Rusiya və Belarusda fəaliyyətini dayandırır
21:31“Bavariya”dan yeni REKORD
20:30Sabahın hava proqnozu
20:15Pulla etməməli olduğunuz üç şey - Xalq inancları bu gün də qüvvədədir
19:44Maşından "Holland üsulu" ilə düşmək lazımdır: qəzalara görə
19:25Toyuq, kök, pendir və yumurta ilə salat RESEPT
19:07Sadə test neçə saata öləcəyinizi deyir
18:54Bir neçə rayona dolu düşdü - FAKTİKİ HAVA - YENİLƏNİB
18:50Keçmiş sevgililərini heç vaxt dinc qoymayan BÜRC kişiləri
18:31Bu ölkədə transgenderləri əsl cinslərinə qaytaran klinika AÇILIR
18:16Xanın çadırından aparılıb: Xaqani Şirvaninin kitabı Londonda tapıldı - VİDEO
18:15Azərbaycanın şəhərsalma modeli qlobal gündəmdə: WUF13 yeni inkişaf mərhələsinin əsasını qoyur - RƏY
18:14Duman canlı imiş: alimlər havanı təmizləyən bakteriyalar tapdılar
17:56Bu yay Asiyanın əsas gediləcək beş dəniz kurortu
17:54AZAL-ın Naxçıvan uçuşları təxirə salındı
17:39Təyyarə evin damına düşdü, ölənlər var
17:32Keçmiş deputat Hacıbala Əzimov dünyasını dəyişdi
17:20Azərbaycanda haqqında kino çəkilən deputat vəfat etdi
17:02Qəlbsiz insanı necə tanınmaq olar? - Sosiopatı aşkarlayan 7 ifadə
16:52Qəbələyə dolu yağır - VİDEO
16:50Güclü külək XƏBƏRDARLIĞI
16:45Ermənistanda seçkilərə təsir göstərmək istəyən "qanuni oğru" axtarışa verildi
16:26Levandovski “Barselona”dan ayrıldığını AÇIQLADI
16:08Köpək balığı turisti parçaladı
16:06"Lotu Quli"nin müttəfiqinin döydüyü "qanuni oğru" Polşada tutuldu - YENİLƏNİB
15:51Arılar rəngini dəyişə bilirlər - Bu necə baş verir?
15:42Bu tarixədək güclü yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:34Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək
15:32Məktəbli qızı yaralayan at həbs olundu
15:18Diplomatik korpusun nümayəndələri və yüksək səviyyəli qonaqlar üçün brifinq keçirildi
15:15Evdəki bu temperatur sizi daha sürətli qocaldır
15:13WUF13 çərçivəsində ictimai nəqliyyatla bağlı görülən İŞLƏR
14:4410 uşaqlı ailə Xocalıya köçdü
14:40"Ən çox valideynlərimə borcluyam" - Maksimum bal yığan abituriyent
14:21Arvadını və qızını öldürdü, oğlunu götürüb xaricə qaçdı - Türkiyədə DƏHŞƏT
14:04“Ayaks” “Barselona”nın qapıçılarını alır
13:44Küçədə siqaret çəkilməsinə irad bildirən qadın vəhşicəsinə döyüldü
13:43Azərbaycan artıq rəqəmsallaşma və innovasiya sahəsində güclü ambisiya göstərir - BMT-nin regional direktoru
13:32Azərbaycanla UN-Habitat arasında WUF13 Bakı standartlarına əsasən Niyyət Məktubu imzalanıb
13:27Uşağı mükafatla böyütməyin ZƏRƏRLƏRİ
13:08Sabah Bakıya güclü yağış yağacaq - PROQNOZ
13:07Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul etdi
13:05Sürücülərin NƏZƏRİNƏ: bu xidmətlərə "mygov"dan müraciət etmək mümkündür
12:55İŞİD-in ikinci əsas lideri məhv edildi
12:44WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:38İnsanlar yox olarsa, Yer kürəsinə hansı heyvan hakim olacaq?
12:36FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
12:19Azyaşlı qızlarını qəfəsdə saxlayıb öldürdülər
12:01Skumbriyanı sobada belə bişirin - 3 sadə sirr
11:44Bu dərmanı içən 20 nəfər öldü: araşdırma BAŞLANDI
11:42Lahıc yolunda hərəkət bərpa olundu - YENİLƏNİB - VİDEO
11:25Soyunma otağında qızları çəkən yeniyetmə saxlanıldı
11:07Sürüşmə olan Altıağac-Xızı yolunda təmir başladı - VİDEO
10:55Bu şəhərə 400 ildən çoxdur yağış yağmır
10:51Türk Dövlətləri Təşkilatı ölkələrinin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır
10:38Evdəki ən çirkli əşya açıqlandı: unitaz deyil
10:20Qocalmanı sürətləndirən dörd vərdiş - XƏBƏRDARLIQ
10:01Niyə narahatedici yuxular görürük?
09:55Bu rayonun işığı kəsilir