ABŞ kəşfiyyatının rəhbəri: “Azərbaycanın Qarabağdan imtina etmək niyyəti yoxdur"
10 fevral 2016 01:59 (UTC +04:00)

ABŞ kəşfiyyatının rəhbəri: “Azərbaycanın Qarabağdan imtina etmək niyyəti yoxdur"

0

“Azərbaycan və Ermənistan arasındakı gərginlik 2016-cı ildə də davam edəcək”.  APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Kəşfiyyat direktoru Ceyms Klepperin Konqresə təqdim etdiyi hesabatda bildirilir.

 

Klepper hesab edir ki, Azərbaycanın artan hərbi qüdrəti Dağlıq Qarabağda  hərbi əməliyyatların yenidən başlaması təhlükəsini artırır. 

 

“Azərbaycanın Qarabağdan imtina etmək niyyəti yoxdur, Ermənistan isə işğal etdiyi əraziləri azad etməyə tələsmir. Bunlar münaqişənin dinc yolla həllini çətinləşdirir”, - deyə hesabatda bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar