Həftə sonu izləyə biləcəyiniz 5 film  - VİDEO
16 fevral 2026 17:41 (UTC +04:00)

Həftə sonu izləyə biləcəyiniz 5 film - VİDEO

0

Ötən il ekranlara çıxan bir çox uğurlu film var ki, onları indi də qaçırmamaq tövsiyə olunur. Axşam üçün maraqlı film axtarırsınızsa, bu seçimlər sizi məyus etməyəcək.

Lent.az xarici mediaya istinadla 2025-ci ilin zövqlərə uyğun 5 filmini təqdim edir.

The Anacondas

Əfsanəvi hekayənin yenidən çəkilişi kult françayzaya marağı bərpa edib. Yeni “Anakonda” daha miqyaslı, vizual baxımdan təsirli və cəsarətli təqdim olunub.

Sağ qalma mövzusu, müasir xüsusi effektlər və yüksək gərginlik xətti filmin əsas üstünlüklərindəndir. Xüsusilə final səhnələri tamaşaçılar arasında geniş müzakirə mövzusu olub və həqiqətən möhtəşəm alınıb.

The Running Man

Rejissor Edqar Rayt klassik antiutopiyanı dinamik, sərt və aktual ekran işinə çevirib. Hadisələr total televiziya şousunun hökm sürdüyü dünyada cərəyan edir. Baş qəhrəman yaxınını xilas etmək üçün ölümcül yarışmada iştirak etməyə məcbur qalır.

Film müasir medianı satirik şəkildə tənqid edən, enerjili və təsirli ekşn janrındadır və baxışdan sonra uzun müddət yadda qalır.

Fountain of Youth

Bu isə məna yükü olan fantastik dramdır. Süjet insanların zamanı dayandırmaq və ən dəyərlisini geri qaytarmaq ümidi ilə sirli bir dünyaya səyahətindən bəhs edir.

Film atmosferi və emosional dərinliyi ilə seçilir. Tənqidçilər xüsusilə bu cəhətləri yüksək qiymətləndiriblər. Ekran işi seçim, itki və gəncliyi qorumaq naminə insanların nə qədər uzağa gedə biləcəyi barədədir.

A Minecraft Movie

Ötən ilin ən çox müzakirə olunan premyeralarından biri olub. Film həm oyunun pərəstişkarlarının, həm də onu heç vaxt oynamayanların diqqətini çəkib.

Ekran işi böyük ailəvi macəra formatında təqdim olunub: bol yumor, parlaq vizual effektlər və orijinal oyuna istinad edən sürprizlərlə zəngindir.

Eternity

Bu film emosional çalarlarla zəngin qeyri-adi fantastik hekayə təqdim edir. Hadisələr özünəməxsus “o dünyəvi konfrans mərkəzi”ndə baş verir. Burada ruhlar əbədiyyəti necə keçirmək istədiklərini seçməlidirlər.

Baş qəhrəman isə həyat yoldaşı ilə qalmaq və ya illər əvvəl vəfat etmiş keçmiş sevgilisi ilə olmaq arasında seçim qarşısında qalır. Film orijinallığı və güclü finalı ilə geniş müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar