"Kəpəz"in futbolçusunu  bıçaqlayan tutuldu - YENİLƏNİB
04 fevral 2026 09:23 (UTC +04:00)

"Kəpəz"in futbolçusunu bıçaqlayan tutuldu - YENİLƏNİB

0

Gəncədə futbolçunu bıçaqlayanın kimliyi məlum olub.

Lent.az xəbər verir ki, hadisə səhər saat 5 radələrində M. Bağırov küçəsində qeydə alınıb.

25 yaşlı Məmmədov Nihad Əhliman oğlu mübahisə zamanı 24 yaşlı Rzayev Veysəl Mehman oğlunun döş qəfəsinə bıçaqla vuraraq xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb, N. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

***
3 fevral, saat: 06:38

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü V. Rzayev qarın bolluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçudur.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1825

Oxşar yazılar