235 manat  üçün quldurluq etdilər, indi 12 il cəza  tələb edilir
07 may 2026 17:33 (UTC +04:00)

235 manat üçün quldurluq etdilər, indi 12 il cəza tələb edilir

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslərin cinayət işi üzrə dövlət ittihamçısı çıxış edib.

Lent.az xəbər verir ki, dövlət ittihamçısı Rauf Salmanzadənin və Tural Eyvazovun ayrılıqda 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.

Müdafiə vəkilləri çıxış üçün vaxt istəyiblər. Növbəti proses 12 may saat 14:00-a təyin edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumatına əsasən 2025-ci ilin fevral ayının 7-də gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib.

Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi "Jeep" markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərin gedişi çərçivəsində hadisə baş verən ərazidə təhlükəsizlik kameralarının görüntüləri təhlil edilib.

Nəticədə, quldurluq əməlini törətməkdə şübhəli bilinən  Rauf Salmanzadə və Tural Eyvazov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə məsuliyyətə cəlb olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar