"Union Berlin"in italiyalı müdafiəçisi Leonardo Bonuççi "Yuventus"dan qalmaqallı gedişinin təfərrüatlarını paylaşıb.
“Oktyabr ayında “Yuventus”dan kənarlaşdırıldığım gələcək layihə barədə mənə məlumat verildiyi yalandır. Əslində, oktyabr ayında müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirmək imkanım oldu. Sonra məşqçinin müsahibəsində eşitdim ki, guya onlar mənə bu ilin fevralında bir daha “Yuventus” komandasının bir hissəsi olmayacağımı deyiblər. Bu da doğru deyil. Sonra iyulun 13-də Cuntoli və Manna evimə gələrək məni alçaltdılar və dedilər ki, hətta paltardəyişmə otağında və meydanda olmağım klubun inkişafına mane olacaq”, - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Bonuççi deyib.
Daha əvvəl mətbuatda italyan müdafiəçinin Turin komandası heç bir izahat vermədən onu heyətdən kənarlaşdırdığı üçün məhkəməyə müraciət etmək niyyətində olduğu barədə məlumatlar yayılmışdı. Bundan başqa, klub futbolçunun məşq etməsi üçün lazımi şərait yaratmayıb. Beləliklə, "Yuventus" futbolçunun peşəkar və imicinə ziyan vurub.
2023-cü ilin yayında 36 yaşlı Leonardo Bonuççi "Yuventus"dan ayrılaraq “Union Berlin” ilə müqavilə imzalayıb.